Tərtər və Füzulidə atəşkəs pozuldu

terter-ve-fuzulide-ateskes-pozuldu
Oxunma sayı: 659

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 20 dəfə pozub.

Qafqazinfo” xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, işğal altında olan Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.