Tərtər, Füzuli, Ağdam və Ağcabədidə yoxlamalar

terter-fuzuli-agdam-ve-agcabedide-yoxlamalar
Oxunma sayı: 906

Bu gün Tərtərin Cəmilli kəndində 1 ədəd qrad raketinin mühərrik hissəsi, Füzulinin Şükürbəyli kəndində isə 2 ədəd 120 mm-lik top mərmisi və 2 ədəd 152 mm-lik top mərmisi partlamamış aşkar edilib.

Qafqazinfo”nun məlumatına görə, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mayın 30-da Tərtər, Füzuli, Ağdam və Ağcabədi rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabatında bildirilir.

Məlumata əsasən, mayın 30-da Tərtər, Ağcabədi və Füzuli rayonu ərazilərində 3 ev və həyətyanı sahə, 9 əkin sahəsi, 20 partlayış yerinə baxış keçirilib, 5 ədəd partlamamış hərbi sursat (1 ədəd “Qrad” raketinin mühərrik hissəsi, 2 ədəd 122 mm-lik top mərmisi və 2 ədəd 152 mm-lik top mərmisi) aşkar olunaraq götürülüb, gün ərzində 38 016 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 30 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 543 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 4 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 477 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.