Suriyanın parlament sədri Rusiyaya dəvət edildi

suriyanin-parlament-sedri-rusiyaya-devet-edildi
Oxunma sayı: 696

Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko Suriya Xalq Şurasının sədri Hədiyyə Xələf Abbası Moskvaya dəvət edib.

Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, Matviyenko suriyalı sədrə rəsmi görüş təklif edib.

Valentina Matviyenko “Dolğun dialoq aparmaq üçün sizi və həmkarlarınızı Rusiyaya dəvət edirəm”,- deyib. Rusiya rəsmisi onu da vurğulayıb ki, hər iki ölkənin parlamentlərarası qarşılıqlı fəaliyyəti uğurla davam edir.

Aysel Kərimova