““Stolu” problemlərdən təmizləmək lazımdır” - Məmmədyarov

stolu-problemlerden-temizlemek-lazimdir-
Oxunma sayı: 965

Qarabağ münaqişəsində status-kvo heç kimi qane etmir.

Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov “Ria Novosti”yə müsahibəsində deyib:

“Mənim nazir olduğum zamanda bir neçə dəfə biz irəliləyişə kifayət qədər yaxın olmuşuq. Hər kəs başa düşür ki, bu gün mövcud olan status-kvo heç kimi qane etmir, ola bilsin ki, təkcə erməni tərəfi istisnadır. Əlbəttə, biz məmnun deyilik ki, 20 il ərzində işğal olunmuş ərazilər təəssüf ki, ancaq hərbi yolla azad olunur”.

Nazirin sözlərinə görə, müntəzəm olaraq “stolu problemlərdən təmizləmək” vacibdir: “Bəs problemlər nələrdir? Ən başlıcası Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin mövcudluğudur”.

Məmmədyarov, həmçinin bildirib ki, Bakı Rusiya və Ermənistan XİN rəhbərlərinin Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı Moskva görüşündə iştirak etməyə hazırdır.