Şəhid hərbçimiz ata olacaqdı... - Fotolar

sehid-herbcimiz-ata-olacaqdi
Oxunma sayı: 16655

Xəbər verdiyimiz kimi, bu gün Müdafiə Nazirliyi fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən 5 hərbi qulluqçumuzun şəhid olduğunu açıqlayıb.

Qafqazinfo” adları açıqlanan əsgərlərimizdən biri - Haşımlı Tural Əbdül oğlunun sosial şəbəkə hesabından fotolarını əldə edib.

Turalın yaxınları onun 7 ay olar ki, evləndiyini bildirirlər. Şəhid Haşımlı ata olmağa hazırlaşırdı. Onun özündən böyük bacısı və kiçik qardaşı vardı. 

Fotosu paylaşılan digər şəhidimiz isə 1982-ci il təvəllüdlü Abdullayev Aqşin İsmayıl oğludur.