Səfirimiz Keniya xarici işlər naziri ilə görüşüb

sefirimiz-keniya-xarici-isler-naziri-ile-gorusub
Oxunma sayı: 766

Səfir Elman Abdullayev Keniya Respublikasının Xarici işlər və beynəlxalq ticarət üzrə naziri xanım Əminə Məhəmməd ilə görüşüb.

XİN-dən "Qafqazinfo"ya daxil olan xəbərə görə, Azərbaycanın Efiopiyadakı səfiri Keniya Respublikasının Xarici işlər və beynəlxalq ticarət üzrə naziri xanım Əminə Məhəmməd ilə görüşüb.

Səfir E.Abdullayev Azərbaycanın regionun lider dövləti olduğunu, regionda irimiqyaslı layihələrin həyata keçirilməsində məhz ölkəmizin aparıcı rol oynadığını və bir çox böyük beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini keniyalı rəsminin diqqətinə çatdırıb.

Nazir Ə. Məhəmməd ölkəsinin Azərbaycanla əməkdaşlıq etməyə maraqlı olduğunu və əməkdaşlığın aparılması üçün böyük potensialın mövcudluğunu qeyd edib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişafı perspektivləri, o cümlədən tərəflər arasında iqtisadi, mədəniyyət və turizm, elm və təhsil sahələri üzrə əməkdaşlıq müzakirə edilib və bu münasibətlərin inkişafı üçün qarşılıqlı səfərlərin həyata keçirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyi vurğulanılıb.