Sarkisyanın Müdafiə naziri təyinatı niyə gecikir? - Erməni KİV-i açıqladı

sarkisyanin-mudafie-naziri-teyinati-niye-gecikir
Oxunma sayı: 1341

Ermənistan siyasi gündəmində son vaxtlar ən çox müzakirə olunan məsələ prezident Serj Sarkisyanın xarici işlər və müdafiə nazirlərini hələ də təyin etməməsidir.

Qafqazinfo” erməni KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı yeni hökumətə 18 nazirdən artıq 16-nı təyin etsə də, adıçəkilən posta təyinatlar isə müəmmalı şəkildə gecikir.

“Joxovurd” nəşrinin yazdığına görə, XİN rəhbərinin təyinatı texniki səbəblərdən gecikir. Belə ki, prezident Nalbandyanı yenidən bu posta təyin etmək üçün onun ABŞ səfərindən geri qayıtmasını gözləyir. Bu səbəbdən də, bu gün yaxud sabah bu posta təyinat da elan ediləcək.

Müdafiə nazirinə gəlincə, bu vəzifə prezident administrasiya rəhbəri Viqen Sarkisyana həvalə ediləcək. Lakin o təkcə nazirliyin fəaliyyətini təşkil edəcək, silah alışı kimi məsələlərlə məşğul olacaq. Prezident Sarkisyan Ermənistanın Silahlı Qüvvələri Baş Qərargahı vasitəsilə orduya şəxsən rəhbərlik edəcək.