Sarkisyandan yeni təyinatlar - Daha 4 nazir dəyişdi

sarkisyandan-yeni-teyinatlar
Oxunma sayı: 1661

Ermənistan prezidenti Serj Sarkisyan hökumətə yeni təyinatlarla bağlı növbəti sərəncam imzalayıb.

Qafqazinfo” erməni KİV-ə istinadən xəbər verir ki, sərəncama əsasən, Suren Karayan iqtisadiyyat naziri, Levon Altunyan səhiyyə naziri, Qraçya Rostomyan idman və gənclər naziri, Armen Amiryan isə mədəniyyət naziri təyin edilib.

Xatırladaq ki, 2014-cü ilin aprelindən hökumətə rəhbərlik edən Ovik Abramyan istefa verib. Sarkisyan sentyabrın 13-ü Karen Karapetyanın baş nazir postuna təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sentyabrın 20-də isə dövlət başçısı yeni hökumətə 4 yeni nazir təyin etmişdi.