Sarkisyan Putinlə Qarabağın müzakirəsi üçün görüşür

sarkisyan-putinle-qarabagin-muzakiresi-ucun-gorusur
Oxunma sayı: 2260

Ermənistan prezidenti Serj Sarkisyan Rusiyaya ikigünlük işgüzar səfərə yollanır.

Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, martın 14-də baş tutacaq səfərdə rusiyalı həmkarı Vladimir Putinlə görüşlər keçirəcək.

Gündəlikdə ikitərəfli əməkdaşlıqla bağlı aktual məsələlər, həmçinin Dağlıq Qarabağdakı situasiya duracaq.

Hər iki liderin görüşü ölkələr arasındakı diplomatik əlaqələrin qurulmasının 25 illiyi çərçivəsində keçiriləcək.