Rüstəm Aselderov öldürüldü

rustem-aselderov-olduruldu
Oxunma sayı: 3380

Dağıstanda “Qafqaz İmarəti” qruplaşmasının yerli qolunun başçısı Rüstəm Aselderov öldürülüb.

Qafqazinfo”nun RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.   

Əməliyyat yerindən xeyli sayda silah-sursat götürülüb.

R.Aselderov Həştərxan-Mahaçqala yolunda 40 nəfərin ölümü ilə nəticələnən terror aktını hazırlamışdı.