Ruslar Ermənistan dağlarında ordu yarışı keçirirlər

ruslar-ermenistan-daglarinda-ordu-yarisi-kecirirler
Oxunma sayı: 1160

Rusiya tankçıları Ermənistan dağlarında yarışa hazırlaşırlar.

Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, Rusiya hərbi bazasının tank ekipajı Ermənistanın “Alagöz” dağ poliqonunda 2017-ci ildə keçiriləcək beynəlxalq ordu yarışlarına hazırlaşırlar.

Bildirilir ki, təlimlərdə 100-dən çox hərbi qulluqçu, 30 ədəd xüsusi hərbi texnika və “Т-72Б” tankları iştirak edirlər. Rusiyanın cənub hərbi dairəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, hazırlıq prosesi iki həftə çəkəcək.

Aysel Kərimova