Rusiyanı böyük fəlakət gözləyir...

rusiyani-boyuk-felaket-gozleyir
Oxunma sayı: 6257

Böyük şəhərlərdə yaşayan rusların əksəriyyəti hesab edir ki, Rusiya dərin bir dəlikdə yerləşir. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar yaxın illərdə ləğv edilməsə, ölkəni böyük fəlakət gözləyir.

"Qafqazinfo" Axar.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış rusiyalı politoloq Liliya Şevçova “Novaya Vremeni” qəzetinə açıqlamasında deyib.

Politoloq bir il əvvəl rusların 60 faizinın sanksiyaları hiss etmədiyini desə də, hazırda bu rəqəmin tam əksinə olduğunu bildirib:

Vladimir Putin rus elitası üçün böyük əhəmiyyət kəsb edən Qərblə münasibətləri pozdu. Əgər sanksiyalar bir il də qüvvədə qalsa, Rusiya iqtisadiyyatı böyük fəlakətlə üzləşəcək. Ölkədə yoxsullaşma başlayacaq. Putinin reytinqinin 85 faiz olması həqiqətə uyğun deyil. Hətta prezidentin özü belə buna inanmır. Rusiyada Putinin bu qədər pərəstişkarı yoxdur”.