Rusiyadan əsgərimizin meyitinin qaytarılması ilə bağlı - Açıqlama

rusiyadan-esgerimizin-meyitinin-qaytarilmasi-ile-bagli
Oxunma sayı: 2835

“Hər iki ölkə bu çətin situasiyanın həlli üçün özündə güc və müdriklik tapmalı, diplomatik imkanlardan istifadə etməlidir”.

Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan tərəfində qalan azərbaycanlı əsgərin qaytarılması ilə bağlı məsələni şərh edərkən bildirib.

Onun sözlərinə görə, məsələnin həlli Azərbaycanla Ermənistanın sərgiləyəcəyi mövqedən asılıdır.

Xatırladaq ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb.

Azərbaycanın beynəlxalq təşkilatlara müraciətlərinə baxmayaraq, erməni tərəfi hələ də hərbçimizin meyitini qaytarmayıb.