Rusiyada yoxa çıxan Gülnarəni əri öldürüb - Toydan 1 həftə sonra

rusiyada-yoxa-cixan-gulnareni-eri-oldurub
Oxunma sayı: 20953

Bir aydan çoxdur ki, Rusiyanın Peterburq şəhərində itkin düşən Gülnarə Həbibovadan xəbər var.

Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı Gülnarnin əslində heç yerə qaçmadığı və itkin düşmədiyini məlum olub. Onu həyat yoldaşı Samir Həbibov aprelin 22-i Marşal Jukov prospektindəki evlərdən birində qətlə yetirib, şübhə çəkməmək üçün polisə onun itkin düşməsi ilə bağlı müraciət edib. Hazırda S.Həbibov saxlanılıb. İfadəsində cinayəti etiraf edib-etmədiyi rəsmi olaraq açıqlanmasa da, onun qətli törətməsi ilə bağlı sübutlar olduğu deyilir.

Lakin Rusiya KİV-i Gülnarənin meyitinin hələ də tapılmadığını yazır.

Xatırladaq ki, 23 yaşlı Gülnarə aprelin 22-i gecə yoxa çıxmışdı. Çütlük aprelin 15-i ailə qurmuşdu.