Rusiyada vertolyot qəzası - 2 ölü

rusiyada-vertolyot-qezasi
Oxunma sayı: 1035

Rusiyada “Bell” markalı vertolyot qəzaya uğrayıb.

Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, bu gün xilasetmə qrupu Krasnoyarsk diyarının Yartsevo qəsəbəsindən 20 km şimalda vertolyot parçaları və 2 cəsəd aşkarlayıb.

Bu, pilota məxsus şəxsi vertolyot olub. Pilot və sərnişinin məqsədi dünən Krasnoyarskdan Yeniseyska rayonuna balıq tutmaq məqsədi ilə gəlmək olub.