Rusiyada Telman ləqəbli avtoritet saxlanıldı

rusiyada-telman-leqebli-avtoritet-saxlanildi
Oxunma sayı: 2032

Rusiya milli qvardiyasının xüsusi təyinatlıları və polislər Moskva ətrafında kriminal avtoritet və etnik cinayətkar dəstənin 2 üzvünü saxlayıb.

Qafqazinfo” xəbər verir ki, saxlanılanlar etnik dəstənin təşkilatçısı, 50 yaşlı Telman ləqəbli əvvəllər məhkum olunmuş şəxs və 29, 44 yaşlarında onun rəhbərlik etdiyi dəstənin üzvləridir. Məlum olub ki, həmin şəxslər 46 yaşlı yerli sahibkarı təhdid etməklə ondan 1 milyon rubl alıblar.

Telman ləqəbli avtoritetin iyunun 22-i kokain saxlamaqda ittiham edilərək həbs edilən Çirkaç ləqəbli “qanuni oğru”nun əlaltısı olduğu bildirilir.