Rusiyada polis yataqxanaya basqın etdi - 20 türk tələbə həbs olundu

rusiyada-polis-yataqxanaya-basqin-etdi
Oxunma sayı: 5255

Rusiya- Türkiyə arasında baş verən gərginlik səngimək bilmir.

“Qafqazinfo” Hüriyyet-ə istinadən xəbər verir ki, polis əməkdaşları Saratov şəhərində türk tələbələrin qaldığı yataqxanaya basqın edib.

Saratov Dövlət Universitetində təhsil alan 100 türk tələbə sorğu-sual edilib, şəxsiyyət vəsiqələri yoxlanılıb.

Tələbələrin sözlərinə görə, onlara zorla müxtəlif sənədlərə imza atdırıblar.

Nakotik istifadəsində şübhəli bilinən 20 türk tələbə həbs olunub.