Rusiyada Mi-8 qəzaya uğradı - 12 ölü var

rusiyada-mi-8-qezaya-ugradi
Oxunma sayı: 4998

Rusiyada içərisində 25 nəfər olan Mi-8 helikopteri qəzaya uğrayıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, vertolyot Krasnoyarsk əyalətini Turuxanski rayonunda qəzalı eniş edib. İlkin məlumata görə, qəzada on iki nəfər ölüb. Ölənlər arasında sərnişinlər və ekipaj üzvləri də var.

Qəzanın texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal edilir.