Rusiyada direktorun oğlu müəlliməni öldürdü

rusiyada-direktorun-oglu-muellimeni-oldurdu
Oxunma sayı: 2217

Rusiyada məktəb direktorunun oğlu müəlliməni qətlə yetirib.

Qafqazinfo” xəbər verir ki, hadisə Rusiyanın Primorya diyarında baş verib. Məlum olub ki, qadın müəllimə oktyabrın 16-da yoxa çıxıb. Bir neçə gün sonra isə 1998-ci il təvəllüdlü gənc saxlanılıb və cinayətini etiraf edib. Onun sözlərinə görə, əvvəlcə qadını boğub, sonra cəsədini suya atıb, əşyalarını isə yandırıb. Cinayətkar əməlini şəxsi düşmənçiliklə izah edib.

Gəncin öldürdüyü qadının atasının direktor olduğu məktəbdə müəllimə olduğu ortaya çıxıb.

***

Dalğıclar hələ də 27 yaşlı müəllimənin meyitini axtarırlar. Gənc ifadəsində Anastasiya ilə sevgili olduğunu etiraf edib.