Rusiyada deputatın diplomu saxta çıxdı

rusiyada-deputatin-diplomu-saxta-cixdi
Oxunma sayı: 1258

Rusiyada seçicilərini “az qidalanmağa” çağırmaqla tanınan deputatın diplomunun saxta olduğu ortaya çıxıb.

Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, məhkəmə Sverdlovsk əyaləti qanunverici məclisinə yeni seçilən deputat İlya Qaffnerin diplomunu tanımayıb.

Qeyd edilir ki, deputatın şəxsi işində Ural-Sibir Biznes İnstitutunda ali təhsil aldığı qeyd olunub. Lakin məlum olub ki, onun adı həmin institutun məzunları arasında yoxdur.

Yekaterinburq prokurorluğu məhkəməyə diplomun tanınmaması ilə bağlı iddia göndərib. Yerli məhkəmə isə prokurorun tələbini təmin edib və Qaffnerdən sənədi qaytarmağı tələb edib.

Xatırladaq ki, deputat Qaffner 2015-ci ildə sakinlərlə görüşündə verdiyi qalmaqallı tövsiyəsi ilə tanınır.

İqtisadi situasiyaya şərh verən deputat “əgər ruslar pulu çatdıra bilmirlərsə, öz şəxsi səhhətləri ilə bağlı düşünməli, məsələn, az qidalanmalıdırlar” sözlərini işlətmişdi.