“Rusiya onun Azərbaycana verilməsinə qarşıdır” - Mariya Zaxarova

rusiya-onun-azerbaycana-verilmesine-qarsidir
Oxunma sayı: 3587

“Moskva Rusiya vətəndaşlarının üçüncü ölkəyə təhvil verilməsinin yolverilməzliyinə əsaslanaraq blogger Andrey Lapşinin Azərbaycana ekstradisiyasına qarşıdır”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri Rusiyanın XİN rəsmisi Mariya Zaxarova bəyan edib:

“Biz bir daha təkidlə Rusiya vətəndaşlarının üçüncü ölkəyə verilməsininin yolverilməz olduğunu bildiririk. Bu məsələ ilə bağlı mövqeyimizi çatdırmaq üçün Belarus Xarici İşlər Nazirliyi, bu ölkənin müvafiq orqanları ilə intensiv əlaqələr saxlayırıq”.

Xatırladaq ki, ötən ilin dekabrında Lapşin Azərbaycanın sorğusu əsasında Miskdə saxlanılıb. O, Ermənistanın işğalı altında olan qondarma Dağlıq Qarabağa səfər etdiyi üçün “qara siyahı”ya salınıb.