Rusiya hərbi gəmisi Bakıda - Foto

rusiya-herbi-gemisi-bakida
Oxunma sayı: 1835

Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının komandanı, kontr-admiral Sergey Pinçukun rəhbərliyi ilə “Uqliç” kiçik raket gəmisinin Bakıya səfəri başlayıb.

Qafqazinfo” xəbər verir ki, kontr-admiral Sergey Pinçukun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanının vəzifələrini icra edən 1-ci dərəcəli kapitan Hicran Rüstəmzadə ilə görüşüb.

Sentyabrın 30-dək davam edəcək səfər çərçivəsində Rusiya nümayəndə heyətinin bir sıra görüşləri, eləcə də “ADEX 2016” İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirakı nəzərdə tutulub.