Rusiya Ermənistana verdiyi silah sözünə əməl etmir

rusiya-ermenistana-verdiyi-silah-sozune-emel-etmir
Oxunma sayı: 5882

Ermənistan Rusiyanın silah müqavilələrini yerinə yetirməməsindən narahatdır. "Qafqazinfo" anspress-ə istinadən xəbər veirr ki, İrəvan və Moskva arasında 200 milyon dollarlıq kredit müqaviləsi 2015-ci ilin 26 iyununda imzalansa da Ermənistana heç bir silah verilməyib.

Ermənistanın “lragir.am” saytının iddiasına görə, həmin vaxt Rusiyanın qanunverici orqanı silah satışı barədə imzalanan krediti müqaviləsinin təsdiq etməkdə maraqlı olmayıb.

Rəsmi Moskva öz müttəfiqi ilə bağlı müqaviləni yalnız 2016-cı ilin fevralında təsdiq edib. Amma Ermənistan parlamenti müqaviləni 2015-ci ilin 2 iyulunda çox tələsik təsdiq edib.

Ermənistanın "Məlumatlandırılmış vətəndaşların ittifaqı" təşkilatı Rusiyadan silahların alınması məsələsinə aydınlıq gətirib. Məsələ ilə bağlı Ermənistan hökumətinə müraciət edilib.

Araşdırmalar nəticəsində məlum olub ki, Ermənistan bu günə qədər 200 milyon kredit əvəzində heç bir silah və hərbi təyinatlı hər hansı texnika almayıb.

Məlumat aprelin 29-da əldə olunub. Xəbərdə Rusiyanın 10 ay əvvəl bağladığı müqaviləyə əməl etməməsinin sual doğurduğu bildirilir. Müəllif sual verib ki, görəsən, Rusiya digər hərbi münaqişə zonalarına, yəni Azərbaycan, İraq, Suriya və başqa ölkələrə silahları bu sürətlə çatdırır?

Həmçinin, Rusiyanın Ermənistana bu vaxta qədər çox köhnə silahlar satdığı məlum olub.

Məsələn, əvvəl bağlanan müqavilələrə əsasən, Ermənistan 10 və ya 20 il əvvəl istehsal olunan istismara yararlı silahlar almalı idi. Amma rəsmi Moskva İrəvana 1960-70-80-ci illərə aid silahları satmaqda daha maraqlı olub. Həmçinin Rusiya və Ermənistan arasında bağlanan silah müqavilələrində “ТОС-1”odsaçan artileriya sistemi , “Smerç” reaktiv yaylım atəşi sistemi və digər müasir silahları söz versə də, bu günə qədər rəsmi İrəvan bu hərbi texnikanı əldə edə bilməyib.

Ötən ay Ermənistan-Azərbaycan təmas xəttində baş verən döyüş toqquşmalarından sonra İrəvan hökuməti Moskvadan silah alışı prosesini sürətləndirmək üçün hərbi kredit sazişinin həyata keçirilməsini tələsik təsdiqləyib. Maliyyə vəsaiti vasitəsilə Ermənistan Rusiya istehsalı silahları əldə edə bilər. Həmin vaxt bu silah satışının regionda qüvvələr balansını dəyişəcəyi barədə məlumatlar yayılmışdı.

İrəvanın Moskvadan kredit almasında əsas məqsədi Azərbaycanın hərbi texnikasına cavab verə biləcək silahlar əldə etməkdir. Ermənistanın ən çox istədiyi Rusiya istehsalı hərbi texnika isə “Smerç” və “Uraqan” tipli ağır artileriya qurğularıdır. Amma rəsmi İrəvan bu silahlara sahib ola bilməyib.