Rus hərbçi Ermənistanda bıçaqlandı

rus-herbci-ermenistanda-bicaqlandi
Oxunma sayı: 727

Ermənistanda yerləşən rus hərbi bazasının hərbçisi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Qafqazinfo” erməni KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı hərbçi Gümrüdəki xəstəxanaya çatdırılıb. Əsgər əməliyyat olunub. İlkin məlumata görə, o, küçədə baş verən dava zamanı naməlum şəxslər tərəfindən bıçaqlanıb. 

Faktla bağlı araşdırma aparılır.