Rəsmi İrandan cəbhə xəttindəki hadisələrə - Münasibət

resmi-irandan-cebhe-xettindeki-hadiselere-
Oxunma sayı: 2559

İran son günlər cəbhə xəttində Ermənistan tərəfinin təxribat xarakterli hərəkətlərinə görə yaranan gərginliklə əlaqədar hər iki ölkəyə səslənib.

Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, İran Azərbaycan və Ermənistanı təmkinli olmağa, vəziyyəti danışıqlar yolu ilə sabitləşdirməyə çağırıb.

Bu barədə açıqlama verən İranın XİN sözçüsü Bəhram Kasemi mübahisənin həllində dialoqun və danışıqların əsas vasitə olduğunu bildirib. Bundan başqa, XİN rəsmisi onu da əlavə edib ki, İran regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün hər iki tərəfə kömək etməyə hazırdır.

Aysel Kərimova