Rəqsanədən ərinə məxsus olduğu deyilən restoran xəbərinə reaksiya - Yenilənib

reqsaneden-erine-mexsus-oldugu-deyilen-restoran-xeberine-reaksiya
Oxunma sayı: 15436

Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən "Qız Qalası" restoranında kütləvi dava olub.

“Qafqazinfo”nun baku.ws-ə istinadən məlumatına görə, dava sonda bıçaqlanma ilə nəticələnib. Hadisə nəticəsində 2 nəfər ağır yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıblar.

Polis dava salan şəxsləri axtarır. Həmin şəxslərin hadisə yerindən gümüşü rəngdə "Toyota” markalı avtomobillə uzaqlaşdıqları bildirilir.

***

“Qafqazinfo”ya “Qız Qalası” restoranı ilə bağlı maraqlı məlumat daxil olub. Belə ki, sözügedən restoranın azərbaycanlı müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşına aid olduğu məlum olub. İfaçının əri hazırda Moskvada tanınmış iş adamlarındandır.

***

Rəqsanə İsmayılova bu məlumatı təkzib edib. Müğənni “Qafqazinfo” ilə əlaqə salayaraq bildirib ki, restoranın onun həyat yoldaşına aid olması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.