Reportaj hazırlayan jurnalist çayda boğuldu - Gürcüstanda

reportaj-hazirlayan-jurnalist-cayda-boguldu
Oxunma sayı: 1955

Gürcüstanın GDS teleşirkətinin əməkdaşı Zviad Txelidze bədbaxt hadisə nəticəsində dünyasını dəyişib.

QafqazinfoVirtualaz.org-a istinadən xəbər verir ki, Txelidze Deşet rayonundan reportaj hazırlayırmış.

Jurnalist Xad kanyonunda çəkiliş aparatını dağ çayına salıb və onu götürmək istəyəndə özü də suya düşüb.

Axtarışlara 50 xilasedici cəlb edilib.

Onlar Txelidzenin cəsədini bu gün səhər saatlarında aşkarlayıblar.