“Qazaxıstanda İpək yolunun gələcəyindan danışdıq” - Davudoğlu

qazaxistanda-ipek-yolunun-geleceyindan-danisdiq
Oxunma sayı: 735

“Qazaxıstana səfər zamanı Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu ilə hərəkət edən, bərə keçidlərini və quru yolu əhatə edən eksperimental konteyner qatarı ilə bağlı müzakirələr apardıq. Çindən başlayaraq bütün Mərkəzi Asiyadan keçən, Qazaxıstanın Aktau, Azərbaycanın Bakı Limanına, oradan isə Tiflisə və Qars ilə Mərmərə üzərindən Avropaya gedəcək İpək yolunun gələcəyindən bəhs etdik”.

“Qafqazinfo”nun ans press-ə istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) toplantısında çıxış edən baş nazir Əhməd Davudoğlu deyib. Toplantıda çıxış edən baş nazir bir sıra məsələlərə - Suriya konflikti, Rusiyanın ittihamları, ölkənin şərqindəki terror hadisələrinə münasibət bildirib.

O, Rusiyanın Suriya ərazisinə atdığı bombaların hamısı haqqında məlumatlı olduqlarını deyib: "Əlimizdə Rusiyanın atdığı hər bombanın hara düşməsi barədə məlumat var. Onların 90 faizi mülki şəxslər və danışıqlara meylli olan müxalifətin üzərinə düşüb. Ancaq 10 faiz İŞİD-ə təsadüf edib. Bunu ABŞ, BMT, beynəlxalq ictimaiyyət də bilir. Artıq buna bir "dur" demək zamanı çatıb".

Baş nazirin sözlərinə görə, Əsəd rejimi və Rusiya məzlum, məsum insanların evlərini başlarına yıxmaq üçün hər gün bomba yağdırır: “Suriya xalqı igid bir xalqdır. Xalq nizami bir orduya qarşı 5 il mübarizə apardı. Biz Hələbin acısını ürəyimizdə hiss edirik. 

Soyuq savaş günlərində Əfqanıstana girən sovet qüvvələrinin oranı necə tərk etdiyini heç kim unutmamalıdır. Bu gün Suriyaya girənlər də zəlil bir şəkildə buranı tərk etməli olacaqlar”.