“Qardaşım da şəhid olub, indi də oğlum...”

qardasim-da-sehid-olub-indi-de-oglum
Oxunma sayı: 3302

22 yaşlı şəhid Elmir Zeynalovun cənazəsi doğulduğu Goranboy rayonunun Əhmədoba kəndinə gətirilib.

“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, şəhidin tabutu kənd qəbristanlığına döyüş yoldaşlarının çiynində aparılıb.

Ailənin yeganə oğlu olan Elmir I Qarabağ müharibəsi zamanı şəhid olan əmisi İman Zeynalovun məzarının yanında dəfn edilib. Tabutun üzərinə salınmış üç rəngli bayraq şəhidin atası Sərxan Zeynalova təqdim edilib.

"Qardaşım da şəhid olub, indi də oğlum rəhmətə getdi. Onların ikisi də Vətən yolunda gedib. Mən fəxr edirəm ki, onlar özlərini Vətənə qurban veriblər!"- deyə şəhidin atası bildirib.


Dəfn mərasiminin sonunda şəhidin ruhuna ehtiram əlaməti olaraq hərbi orkestrin müşayəti ilə havaya yaylım atəşi açılıb.