Qarabağ veteranları cəbhəyə yola düşdü

qarabag-veteranlari-cebheye-yola-dusdu
Oxunma sayı: 6421

Bir qrup Qarabağ müharibəsi veteranlarının cəbhə bölgəsinə səfəri başlayıb. Onlar cəbhə bölgəsində yerləşən hərbi hissələri ziyarət edəcək, şəxsi heyətlə görüşəcəklər.

Qafqazinfo” xəbər verir ki, yola düşməzdən əvvəl veteranlar Müdafiə Nazirliyində olublar. Nazirliyin yüksək rütbəli zabitlərin iştirakı ilə keçirilən görüşdə aprelin əvvəllərində ordumuzun əldə etdiyi uğurlardan, əməliyyatlar zamanı əsgərlərimizin hünər və rəşadətindən danışılıb.

Bildirilib ki, mənəvi-psixoloji vəziyyətin yüksəldilməsi və tərbiyəvi işin təşkilində Qarabağ müharibəsi əlillərinin və veteranlarının rolu əvəzsizdir. Onlar mütəmadi olaraq cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olurlar. Bu cür səfərlərin sistemli şəkildə olması məqsədəuyğundur. Şəxsi heyətlə mütəmadi görüşlərin keçirilməsi vacibdir.