“Qarabağ Kolleksiyası” London Moda Həftəsində - Fotolar

qarabag-kolleksiyasi-london-moda-heftesinde
Oxunma sayı: 1122

Ötən həftənin sonunda Berlində yaşayan gənc dizayner Leoni Mergenin “Qarabağ Kolleksiyası”nın Böyük Britaniyada təqdimatı keçirilib. “Qafqazinfo” xəbər verir ki, 18 komplektdən ibarət kolleksiya xətti Azərbaycanın Qarabağ bölgəsinin irsi və mədəniyyətinə tamamilə yeni yanaşmanı göstərir.

Bu təqdimat kolleksiyanın Berlində keçirilən “Mercedes-Benz” Moda Həftəsində olan dünya premyerası və daha sonra yenə də Almaniya paytaxtında “L’Oréal Professionnel” brendinin hər il keçirilən tədbirində yüksək səviyyəli nümayişindən sonra keçirilib. London Moda Həftəsi adətən beynəlxalq moda elitasının qaymaqları olan 5000-dən artıq insanı cəlb edir. Tədbirdən sonra Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən Londonun Şorditç rayonunda yerləşən Andaz Studiyasında keçirilən ziyafətdə 100-ə yaxın yüksək təbəqədən olan moda sevərlər iştirak edib. Tədbir BBC və AzTV tərəfindən işıqlandırılıb.

Leoni hazırkı kolleksiyasını Azərbaycanın zəngin mədəni irsindən ruhlanaraq ərsəyə gətirib.

Bu kolleksiyanın hazırlanması və nümayişi Avropa Azərbaycan Cəmiyyətinin Dağlıq Qarabağın erməni hərbi qüvvələri tərəfindən davam edən işğalı haqqında məlumatlılığı artırmaq məqsədi ilə mədəniyyət sahəsində həyata keçirdiyi növbəti layihədir.

Avropa Azərbaycan Cəmiyyətinin sədri və təsisçisi Tale Heydərov bildirib: ““Qarabağ kolleksiyası TEAS üçün çox maraqlı layihədir və biz gənc berlinli dizayner Leoni Mergenin Azərbaycan mədəniyyətindən ruhlanan moda kolleksiyasını dünya auditoriyası qarşısında təqdim etmək və və bu layihəni dəstəkləməkdən məmnunuq. Beynəlxalq media məkanında yüksək səviyyədə işıqlandırılan və geniş auditoriyanın diqqətini cəlb edən “Qarabağ kolleksiyası” nın təqdimatı çərçivəsində Dağlıq Qarabağın Ermənistanın işğalı altında olduğunu göstərmək və milli mədəni irsimizi qorumaq üçün çox gözəl imkandır.”