Putinlə barışıqda Əliyev yardımçı olub... - Binalı Yıldırım

putinle-barisiqda-eliyev-yardimci-olub
Oxunma sayı: 7866

Türkiyə baş naziri AK partiyanın qrup toplantısında Rusiya ilə əlaqələrin bərpası məsələsindən danışıb.

Qafqazinfo” xəbər verir ki, Binalı Yıldırım bildirib ki, təkcə Rusiya ilə deyil, Aralıq və Qara dənizi əhatə edən bütün qonşularla əlaqələr inkişaf etdiriləcək:

“Bu günlərdə önəmli irəliləyişlər olduğunu paylaşmaq istəyirəm. Həm iqtisadi, həm də mədəni işbirliyinə toxunan bütün talesiz hadisələrə son qoymaq üçün mübarizə apardıq. Qarşılıqlı yazışmalar Türkiyə ilə Rusiya arasındakı buzların əriməsinə yardım etdi. İşlərin bu nöqtəyə gəlməsində bir çox səylər göstərildi. Xüsusilə də, qardaşlarımız Qazaxıstan, Azərbaycan liderlərinin bu mövzuda güclü səyləri üçün minnətdarlığımızı çatdırırıq”.