Putin krala at - O isə qılınc bağışladı

putin-krala-at-
Oxunma sayı: 5889

Rusiya prezidenti Vladimir Putin Bəhreyn kralı Həməd bin İsa Ali Xəlifə ilə görüşüb.

“Qafqazinfo” azvision.az-a istinadən xəbər verir ki, Soçi şəhərində keçirilən görüş zamanı maraqlı anlar yaşanıb.

Bəhreyn kralı Putinə özəl sifarişlə hazırlanan və üzərində bahalı qaşlar olan qılınc hədiyyə edib.

Hədiyyəyə görə Krala təşəkkürünü bildirən Putin isə bunun qarşılığında Həməd bin İsa Ali Xəlifə qiyməti milyon dollarla ölçülən at bağışlayıb.