Putin Bakı Forumu iştirakçılarına müraciət etdi

putin-baki-forumu-istirakcilarina-muraciet-etdi
Oxunma sayı: 1065

V Bakı Beynəlxalq Humanitar Forumun iştirakçılarına Rusiya prezidenti Vladimir Putinin müraciəti oxunub.

Qafqazinfo” “Ria Novosti”ə istinadən xəbər verir ki, dövlət başçısı bu forumun bütün dünyada tanındığını vurğulayıb. Rusiya prezidentinin müraciətini hökuməti sədrinin müavini xanım Olqa Qolodets oxuyub:

“Çox qısa müddətdə forum dünyada tanındı. Bakı möhtərəm qonaqları, elmi və yaradıcı ziyalıları qəbul edir. Siz dəyərli təcrübələrinizi bölüşəcək, mədəniyyət, elm sferalarında və ətraf aləmlə bağlı perspektivləri müzakirə edəcəksiniz. Əminəm ki, sizin müzakirələr məhsuldar olacaq”.