“Prezidentin cəbhəyə səfəri bir daha göstərdi ki...”

prezidentin-cebheye-seferi-bir-daha-gosterdi-ki
Oxunma sayı: 1061

Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarına səfəri son günlərin ən diqqətçəkən hadisəsi kimi yadda qalıb.

"Qafqazinfo" xəbər verir ki, Ağdam rayonunun Mahrızlı kənd sakini Bakir Hüseynov AzərTac-ın müxbiri ilə söhbətində deyib: “Azərbaycan Prezidentinin cəbhə bölgəsinə səfər etməsi, kənd sakinləri ilə görüşməsi camaatda qələbəyə inamı daha da artırdı. Dövlət başçısı bu səfəri ilə bir daha göstərdi ki, hər bir vətəndaşın Prezidentidir. Qayğımıza yüksək səviyyədə qaldığı üçün Prezidentimizə ürəkdən minnətdarıq”.

Kəndin digər sakini Allahverdi Məmmədov isə fikirlərini belə ifadə edib: “Prezident İlham Əliyevin belə çətin gündə görüşümüzə gəlməsi, xalqın yanında olması hər bir kənd sakininə böyük sevinc bəxş edib, toxtaqlıq verib. Biz tam arxayın olduq ki, işğal altındakı torpaqlarımız azad ediləcək. Prezidentimizlə qürur duyuruq. Allaha şükürlər olsun ki, belə enerjili, xalqını sevən, onun qayğısına qalan Prezidentimiz var”.