Prezident və xanımı Zərdabda - Fotolar

prezident-ve-xanimi-zerdabda
Oxunma sayı: 5796

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 2-də Zərdab rayonuna səfərə gəliblər.

"Qafqazinfo" AzerTac-a istinadən xəbər verir ki, dövlət başçısı və xanımı Heydər Əliyevin Zərdab şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstəsi qoyublar.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Prezident İlham Əliyevə son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib. 

Daha sonra prezident və xanımı Zərdab Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra istifadəyə verilən yeni binasında yaradılan şəraitlə tanış olublar.