Prezident İrana səfərə hazırlaşır

prezident-irana-sefere-hazirlasir
Oxunma sayı: 1325

İran Azərbaycan iqtisadiyyatına 2,7 milyard dollar investisiya qoyub, amma bunun böyük hissəsi neft sektorunun payına düşür.

Qafqazinfo”nun məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İran şirkətləri həmin investisiyadan 1,7 milyard dollar gəlir əldə ediblər: “Qeyri-neft sektoruna qoyulan investisiyanın həcmi isə hələki tərəfləri qane etmir. Ona görə də biz qeyri-neft sektoruna investisiya qoyuluşunu artırmaq niyyətindəyik”.

Azərbaycan prezidenti İlham Əliyevin İrana səfərinə hazırlıq getdiyini deyən nazir qeyd edib ki, hələlik səfər çərçivəsində müzakirə olunacaq məsələlərdən, imzalanacaq sənədlərdən danışmaq tezdir. Ş. Mustafayev səfərin konkret tarixini də açıqlamayıb.