Prezident Belarusun müdafiə nazirini qəbul edib

prezident-belarusun-mudafie-nazirini-qebul-edib
Oxunma sayı: 637

Belarus Respublikasının müdafiə naziri Andrey Ravkov Azərbaycanda səfərdədir.  

"Qafqazinfo" AzerTac-a istinadən xəbər verir ki, dövlət başçısı İlham Əliyev bu gün Andrey Ravkovun başcılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qeyd edək ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvətilə sentyabrın 26-da Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Səfər çərçivəsində qonaqlar "ADEX-2016" 2-ci beynəlxalq müdafiə sərgisində iştirak edəcəklər.