Poroşenkodan Roman Nəsirovla bağlı açıqlama - “Xoşbəxtəm ki...”

porosenkodan-roman-nesirovla-bagli-aciqlama
Oxunma sayı: 2232

Ukrayna prezidenti Petro Poroşenko vəzifəsindən kənarlaşdırılan Dövlət Fiskal Xidmətinin rəhbəri Roman Nəsirovla bağlı açıqlama verib.

Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, prezident bəyan edib ki, məsələnin mahiyyətini bilmir və istintaq zamanı vəzifəsindən uzaqlaşdırılan Nəsirov haqda cinayət işini şərh edə bilməz:

“Xoşbəxtəm ki, işin mahiyyətini bilmirəm və onu şərh edə bilməyəcəm. Arzu edirəm ki, Ukraynada hər bir prezident istintaqın gedişi ilə bağlı məlumatlanma imkanına və arzusuna sahib olmasın”.

Prezidentin sözlərinə görə, fəxr edir ki, onun iştirakı ilə Ukraynada müstəqil antikorrupsiya strukturu- Mili Antikorrupsiya Bürosu yaradılıb. Antikorrupsiya orqanlarının müstəqilliyi baxımından da, Nəsirovun taleyinin necə olacağını bilmədiyini vurğulayıb. 

Qeyd edək ki, azərbaycanlı məmur Roman Nəsirov 73 milyon dollar məbləğində dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinir.