Polkovnikin qətlinin təşkilatçısı özü təslim olub - “Təqsirsizəm...”

polkovnikin-qetlinin-teskilatcisi-ozu-teslim-olub
Oxunma sayı: 3217

Rusiyada polis polkovnikini və ailəsini öldürməkdə təqsirli bilinən dəstənin 4-cü fiquru, Tacikistan vətəndaşı Məhəmmədəli Əhmədov günahsız olduğunu bildirib.

Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiya DİN-in Baş İdarəsinin Samara vilayəti üzrə rəisi səs-küylü cinayət işinin təşkilatçısı hesab edilən Əhmədovun Əfqanıstana qaçmaq üzrə ikən Tacikistanda yaxalandığını bildirsə də, daha sonra məlumat təkzib edilib. Belə ki, daha sonra DİN mətbuat xidməti və Rusiya İstintaq Komitəsi şübhəlinin Moskvanın Domodedova aeroportunda saxlanıldığını açıqlayıb.

Tacikistan DİN-i isə yaydığı məlumatda bildirib ki, ötən həftənin əvvəli M.Əhmədov özü DİN-ə müraciət edərək rus mətbuatında adının qətldə hallandığını gördüyünü və adıçəkilən cinayətdə iştirak etmədiyini, Rusiyaya qayıdaraq günahsız olduğunu sübut etmək istədiyini deyib.