Polis və ailəsini qətlə yetirən azərbaycanlılar - Həbsdə qaldılar

polis-ve-ailesini-qetle-yetiren-azerbaycanlilar
Oxunma sayı: 1701

Rusiyada DİN-in Samara vilayəti üzrə Baş qərargah rəisinin müavini Andrey Qoşt və 5 ailə üzvünü xüsusi qəddarlıqla öldürən azərbaycanlıların həbs müddəti uzadılıb.

Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, İslam Babayev, Orxan Zöhrabov, Roman Fətəliyev və tacik Məhəmmədəli Əhmədov haqqında daha əvvəl 2 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Cinayət işi üzrə axtarışlar davam etdiyi üçün ittiham olunan şəxslər oktyabrın 24-ə kimi həbsdə qalacaqlar.