Polis avtoritetlərin “sxodka”sını dağıtdı - 53 nəfər saxlandı

polis-avtoritetlerin-sxodkasini-dagitdi
Oxunma sayı: 4688

Rusiyada polis Moskvaətrafı rayonlardan birində avtoritetlərin “sxodka”sının qarşısını alıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, polis şəhərtərafı klubda toplanan 53 nəfəri saxlayıb. Saxlanılanların üzərindən 6 hərbi tapança, 4 Kalaşnikov avtomatı və 4 travmatik tapança götürülüb.

Qanunsuz silah saxlamaqla bağlı cinayət işi qaldırılıb.