“Ordu, əhali çətin günlərə hazır olmalıdır” - Sarkisyan

ordu-ehali-cetin-gunlere-hazir-olmalidir
Oxunma sayı: 2193

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar aparılmır”.

Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan Xankəndində mədəniyyət xadimləri ilə görüşü zamanı deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ məsələsinə dair ciddi müzakirələr son dəfə avqustun 10-da aparılıb və bundan sonra problemlə bağlı heç bir ciddi müzakirə olmayıb.

Mədəniyyət xadimlərinin suallarını cavablandıran Sarkisyan Qarabağa səfərini vəzifə borcu adlandırıb. Prezident “Bu, daxili borcdur. Çünki indi elə bir dönəmdir ki, ordu, vətəndaşlar, Qarabağ əhalisi (qondarma-red.) çətin günlərə hazır olmalıdır. Ordu qarşısında çox tələbat var və bu tələbatı qiymətləndirmək lazımdır. Ona görə də tələbatı qiymətləndirmək, hansı problemin ilk növbədə həll olunmalı olduğunu müəyyənləşdirmək və onları həll etmək lazımdır”- deyib.

Aysel Kərimova