O da Azərbaycanın “qara siyahı”sına düşdü

o-da-azerbaycanin-qara-siyahisina-dusdu
Oxunma sayı: 3036

Azərbaycanın Xarici İşlər Nazirliyi daha bir jurnalistin adını “qara siyahı”ya salıb.

Qafqazinfo”nun məlumatına görə, Modern.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Gürcüstanın “Birinci kanalı”nın əməkdaşı Quram Roqava 2016-cı ilin aprelində cəbhədə yaranmış gərginlik zamanı Dağlıq Qarabağa qanunsuz səfər edərək, hadisələri birtərəfli işıqlandırdığı üçün Azərbaycanın “arzuolunmaz şəxsləri” siyahısına daxil edilib.

Jurnalist öz Facebook səhifəsində fakta münasibətini bildirib və təəssüf içində olduğnu yazıb.