Nazirlik cəbhədəki vəziyyət haqda açıqlama yaydı

nazirlik-cebhedeki-veziyyet-haqda-aciqlama-yaydi
Oxunma sayı: 1744

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı açıqlama yayıb.

Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki, noyabrın 2-nə keçən gecə erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub. Сavab tədbirləri nəticəsində düşmən susdurulub: “Bildiririk ki, qoşunların təmas xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür”.