Naxçıvanla sərhəddə ağır qəza - 26 azərbaycanlı yaralandı, 5-i öldü

naxcivanla-serhedde-agir-qeza
Oxunma sayı: 8050

Türkiyə ilə Naxçıvan arasındakı Dilucu sərhəd keçid məntəqəsi yaxınlığında ağır yol qəzası baş verib.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, iki sərnişin avtobusunun toqquşması nəticəsində ilkin məlumata görə, 6 nəfər ölüb, 20 nəfər isə yaralanıb.

Qəzaya səbəb havanın dumanlı olması göstərilir.

Avtobuslardan biri İstanbuldan Naxçıvana, digəri isə Naxçıvandan İğdıra doğru hərəkət edirdi. 

***

Türkiyənin İğdır vilayətində baş vermiş ağır yol qəzasında 26 Azərbaycan vətəndaşı yaralanıb. 

Bu barədə "Qafqazinfo"ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. Onun sözlərinə görə, qəzada ümumilikdə 8 nəfər həlak olub, onların arasında azərbaycanlıların olub-olmaması araşdırılır.

***

İğdır valisi Ahmet Turgay Alpman bildirib ki, hər iki avtobusda olanların əksəriyyəti naxçıvanlılar olub. 

Türkiyə mətbuatı hər 2 avtobus sürücüsünün və 5 azərbaycanlının öldüyünü açıqlayıb. 

Hazırda sıxışan avtomobillərin arasından yaralıların xilas edilməsi üçün tədbirlər görülür.