Müdafiə Nazirliyindən erməni hərbçi ilə bağlı - Açıqlama

mudafie-nazirliyinden-ermeni-herbci-ile-bagli
Oxunma sayı: 1997

 

Ermənistan KİV-nin iyul ayının 23-nə keçən gecə saat 00.10-da guya Azərbaycan silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində erməni hərbi qulluqçusu Mqer Çiloyanın yaralanması barədə yaydığı məlumat həqiqətə uyğun deyil.  

"Qafqazinfo" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, M.Çiloyanın yaralanmasının Ermənistan ordusunda hökm sürən özbaşınalıqlar və nizamnamədən kənar münasibətlər səbəbindən baş verməsi şübhə doğurmur.

Bir daha bildiririk ki, Azərbaycan Silahlı Qüvvələri atəşkəs rejiminə riayət etməklə cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir.