Müdafiə Nazirliyi torpaq alacaq - Milabadda

mudafie-nazirliyi-torpaq-alacaq
Oxunma sayı: 3961

Müdafiə Nazirliyi dövlət ehtiyacları üçün torpaq sahəsi alacaq.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti "Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə" qərarında dəyişiklik edib.
Dəyişikliklə Beyləqan rayonunun Milabad qəsəbəsində "Mil-Qarabağ" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Mil" üzüm emalı zavodunun istifadəsinə verilmiş dövlət mülkiyyətində olan 9,71775 hektar torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində 12422,9 kvadratmetr ərazidə yerləşən bina və qurğuları dövlət ehtiyacları üçün alan orqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi müəyyən edilib.

Müdafiə Nazirliyi torpaq sahəsinin, üzərindəki bina və qurğuların dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini qanunun tələblərinə uyğun olaraq həyata keçirməli və Nazirlər Kabinetinə müvafiq təkliflərini təqdim etməlidir.