Moskvada depoda güclü yanğın - 17 nəfər yuxuda öldü

moskvada-depoda-guclu-yangin
Oxunma sayı: 1791

Rusiyanın paytaxtı Moskvada depolardan birində güclü yanğın baş verib.

Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, yanğında 17 nəfərin öldüyü açıqlanıb. Ölənlərin hamısı MDB ölkələrinin vətəndaşları olub.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, yanan binanın yeraltı sığınacağı miqrantların yaşayış yeri olub.

Yanğının baş vermə səbəbləri araşdırılır. İlkin məlumata görə, yanğına səbəb qısa qapanma olub. Ölənlərin yuxuda tüstüdən boğulduqları ehtimal edilir.