Moskvada azərbaycanlı güllələndi

moskvada-azerbaycanli-gullelendi
Oxunma sayı: 3460

Moskvanın cənub-şərqində bir azərbaycanlı güllələnib.

“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, hadisə "Privolnaya" küçəsində baş verib.

Deyilənlərə görə, azərbaycanlılarla taciklər arasında kütləvi dava düşüb. Nəticədə bir nəfər güllə yarası alaraq, xəstəxanaya yerləşdirilib.

Səhər saatlarında iki nəfərin olduğu "Hyundai Solaris" maşını ilə evdən çıxaraq yola düşür. Maşının qarşısını maskalı üç naməlum şəxs kəsir. Onlar 38 yaşlı azərbaycanlı Amil Əmrahovu maşından çıxararaq, qarın nahiyəsindən güllələyiblər. Daha sonra həmin maşına əyləşərək, sürücüyə hadisə yerindən getməyi əmr ediblər. Əmrah isə qan içində yolda uzanıqlı vəziyyətdə qalıb.

Hadisəni görən şahidlər oraya dərhal təcili tibbi yardım çağırıblar. Yaralı 36 nömrəli xəstəxanaya yerləşdirilib. Həkimlərin dediyinə görə, həmyerlimizin hazırda həyati təhlükəsi yoxdur.

Məsələ ilə bağlı aidiyyatı qurumlar araşdırma aparırlar. İlk versiyaya görə, hadisə əvvəlcədən planlaşdırılıb. Çünki maşında 800 min rubl (15 840 AZN) olub. Çox güman ki, insident də oğurluq ucbatından törədilib.